Hindistanın Madhya-Pradeş ştatında beş yaşlı qıza qrup şəklində təcavüz edilib.
Lent.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Bildirilib ki, uşaq iki naməlum şəxs tərəfindən qaçırılıb.
Beş yaşlı qızın yoxa çıxması barədə dekabrın 17-də valideynləri polisə məlumat veriblər.
Xilasedicilər uşağı təxminən bir gün sonra onu Madhya Pradeş ştatının Xarda rayonunda küçədə huşsuz vəziyyətdə aşkar ediblər.
Qız Bhopal xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Uşağı müayinə edən həkimlər onun zorlandığını bildiriblər.
Polis onların şəxsiyyətini müəyyən edib, biri saxlanılıb, ikincisi isə axtarışa verilib.