Moskva sakini "Sportloto "lotereyasında təxminən 500 milyon rubl qazanıb.
Lent.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Sportloto lotereyasının 6709-cu tirajı zamanı "4/20" çox milyonluq super mükafat oynanılıb.
Turun mükafatı 492.070.999 rubl təyin olunub.
İlkin məlumata görə, qalib Moskva regionundan olan iştirakçı olub.
Şirkətdən bildirilib ki, bilet "Stoloto" mobil tətbiqetməsində cəmi 250 rubla alınıb.