Rusiyanın Rostov vilayətinin Baqaevski rayonunda evdə baş verən yanğında iki azyaşlı ölüb.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
“Saat 21:01-də dağıntılar təmizlənərkən iki uşağın meyiti aşkar edilib. Onlar 3 yaşlı oğlan və 5 yaşlı qızdır”, - nazirliyin mətbuat xidmətindən bildirilib.
Yanğın baş verən vaxt uşaqlar evdə nəzarətsiz olub.