İçməli su ilə tullantı suları qarışdı – 150 XƏSTƏ
28 dekabr 2021 04:13 (UTC +04:00)

İçməli su ilə tullantı suları qarışdı – 150 XƏSTƏ

 Filippində Rai qasırğasının törətdiyi fəsadlar artır.

Lent.az-ın xəbərinə görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 389-a çatıb. 60-dan çox adam itkin düşmüş hesab olunur. Yüzlərlə insan xəsarət alıb. Mülki müdafiə qərargahının məlumatına görə, 482 000 ev zərər görüb, 320 000 nəfər çadırlarda məskunlaşıb.

Fəlakət zonasında bu gün daha bir problem ortaya çıxıb. 150-dək insanda diarreya və kəskin mədə-bağırsaq xəstəlikləri ortaya çıxıb. Həkimlərin fikrincə, xəstəlik içməli sudan keçib. Ehtimala görə, xəstəlik içməli suyun tullantı sularına qarışması nəticəsində baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1452
avatar

Oxşar yazılar