Hindistanda xəstəxanada yanğın zamanı 10 uşaq öldü
09 yanvar 2021 09:22 (UTC +04:00)

Hindistanda xəstəxanada yanğın zamanı 10 uşaq öldü

Hindistanın Bhandara şəhərində yerləşən xəstəxananın yeni doğulmuş uşaqlar şöbəsində baş verən yanğın nəticəsində azı 10 uşaq ölüb.

APA-nın ANI agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə xəstəxananın həkimi Pramod Handat bildirib.

Onun sözlərinə görə, yanğın zamanı şöbədə 17 yeni doğulmuş körpə olub. Şənbə günü gecə tibb bacısı palataya girərkən otaqda tüstü olduğunu göürb. 

Dərhal xəstəxana rəhbərliyinə məlumat verilib, yanğınsöndürənlər çağırılıb. Lakin 17 uşaqdan 7-nin həyatını xilas etmək mümkün olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1053
avatar

Oxşar yazılar