Noyabrın 10-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə təlim uçuşu zamanı Aralıq dənizinə düşüb.
Lent.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının mətbuat xidməti məlumat yayıb.
“Noyabrın 10-da axşam saatlarında Amerika hərbi təyyarəsi qəzaya uğrayaraq Yerə çırpılıb”, - bəyanatda deyilir.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, təlim uçuşları Aralıq dənizinin şərqində həyata keçirilib.
Komandanlıq təyyarə və ekipaj üzvləri ilə bağlı təfərrüatları açıqlamayıb. Həmçinin ölən və yaralananlar barədə məlumat yoxdur.