Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyandan istefa verməyi tələb edib.
Lent.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Baş Qərargahın yaydığı açıqlamada bildirilib.
Bəyanatı Baş Qərargah rəisi Onik Qasparyan , müavinləri, idarə müdirləri və bütün hərbi hissələrin komandirləri imzalayıb.
Paşinyan öz növbəsində hərbçilərin bəyanatına cavabı gecikdirməyib. O, “Facebook” səhifəsində yazıb ki, Baş Qərargahın tələbi hərbi çevrilişə cəhdir.
Eyni zamanda Paşinyan canlı yayımda tərəfdarlarını Respublika meydanına çağıracağını bildirib.