Karaçi xəstəxanası
07 avqust 2021 06:14 (UTC +04:00)

Karaçi xəstəxanası

Həkimlər “Delta” ştammından sağalan 106 YAŞLI QADIN ÜÇÜN TORT KƏSDİLƏR

Pakistanda koronavirusun “Delta” ştammına yoluxan 106 yaşlı Hasin Bibi sağalıb.

APA “ARY News” telekanalına istinadən xəbər verir ki, Karaçi xəstəxanasında müalicə olunan yaşlı qadın artıq evə buraxılıb.

Həkimlər bu münasibətlə tort kəsərək qadının ailəsini təbrik ediblər.

Qeyd edək ki, koronavirusun “Delta” ştammı (B.1.617) ilk dəfə Hindistanda 2020-ci ilin oktyabr ayında aşkarlanıb. Müxtəlif ölkələrdə ştammın 3 fərqli mutasiya edən variantları (B.1.617.1, B.1.617.2  və B.1.617.3) mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2931
avatar

Oxşar yazılar