İndoneziyada keçiriləcək G20 sammitinə gələcək dövlət başçılarına ölkədə belə maşınların sayının məhdud olması səbəbindən zirehli maşınlarını Bali adasına gətirmək tövsiyə olunub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, İndoneziya ev sahibi ölkə kimi sammit iştirakçıları üçün zirehli texnika hazırlamalı idi, lakin belə maşınların sayı məhduddur.
“Zirehli və ya gülləkeçirməz maşın istəyənlər də var. Onları özləri ilə gətirmələrini tövsiyə edirik. Və ya biz təmin edirik, lakin çox məhdud sayda. Beləliklə, biz onları birinci xahiş edənlərə verəcəyik. Belə müraciətlər çoxdur”, - İndoneziya Prezident Aparatının sözçüsü Seti Utama bildirib.
Digər məlumata görə, İndoneziyaya ABŞ prezidenti Co Baydenin zirehli “Cadillac One” avtomobili gətiriləcək.