Fransada yanvarın 16-dan komendant saatı tətbiq ediləcək
15 yanvar 2021 07:10 (UTC +04:00)

Fransada yanvarın 16-dan komendant saatı tətbiq ediləcək

“Yanvarın 18-dənetibarən Avropa Birliyi xaricindəki ölkələrdən Fransaya gələn hər kəs təkrar koronavirus testindən keçiriləcək və bir həftəlik karantinə alınacaq”.

APA TASS-a istinadən xəbər verir ki, bunu Fransanın Baş naziri Jan Kasteks ölkə vətəndaşlarına televiziya vasitəsilə müraciətində bildirib.

Baş nazir qeyd edib ki, sərhədlərdə nəzarəti gücləndiriləcək: “Əsasən Fransa Gvianası, Amazon və Antil adalarında yayılan virusdan qorunmağa ehtiyac duyuruq”.

Həmçinin, Fransa hökumətinin yanvarın 16-dan etibarən ölkə üzrə hər gün axşam saat 18:00-dan səhər 06:00-dək komendant saatının tətbiqinə qərar verdiyi bildirilib.

Baş nazir əlavə edib ki, bu qərar azı 15 gün ərzində qüvvədə qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1275
avatar

Oxşar yazılar