Fransada son sutka ərzində, təxminən 180 min nəfər koronavirusa yoluxub. Bu göstərici əvvəlki antirekorddan iki dəfə çoxdur.
APA xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə Milli Agentliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 28-nə olan son statistikaya görə, 179 807 yeni yoluxma faktı təsdiqlənib.
Bundan əvvəlki maksimum göstərici dekabrın 25-də qeydə alınıb - 104,6 min yoluxma.