Fransada 204 min nəfər MƏCBURİ PEYVƏNDƏ QARŞI  etiraz etdi
01 avqust 2021 04:17 (UTC +04:00)

Fransada 204 min nəfər MƏCBURİ PEYVƏNDƏ QARŞI etiraz etdi

Fransada şənbə günü məcburi peyvəndə və karantin rejiminə qarşı etiraz aksiyalarında 19 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanen “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, onlardan 10-u Parisdə, 9-u isə digər bölgələrdə saxlanılıb.

Polisə və jandarma əməkdaşlarına fədakar xidmətlərinə görə minnətdarlığını ifadə edən Darmanen nümayiş zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olduğunu vurğulayıb. Qeyd edib ki, qarşıdurma zamanı 3 polis əməkdaşı yaralanıb.

Polisin məlumatına görə, Parisdə 14,2 min nəfər, ölkənin digər bölgələrində isə ümumilikdə 204 min nəfər iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1305
avatar

Oxşar yazılar