Türkiyənin Şanlıurfa vilayətində iki qardaş güllələnib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə zamanı 43 yaşlı Mustafa Avcı və 30 yaşlı Cebrail Avcı naməlum şəxs tərəfindən tapança ilə güllə yarası alıb.
Hadisə onlar evə gedərkən baş verib.
Qardaşlar hadisə yerində dünyasını dəyişib.
Polis hadisəni törədib qaçan şəsxlərin axtarışına başlayıb.