Rusiyanın Altay diyarının Barnaul şəhərində inzibati binada yanğın olub.
Lent.az xəbər verir ki, bu barədə diyar prokurorunun köməkçisi Mariya Antoşkina TASS-a bildirib.
Hadisə nəticəsində 3 nəfər ölüb.
“Anadolu küçəsi 106a ünvanında yerləşən binada baş verən yanğın zamanı biri uşaq olmaqla 3 nəfər həlak olub. Hadisənin səbəbi müəyyənləşdirilir”, - deyə məlumatda deyilir.
Rusiya Federasiyası İstintaq Komitəsinin regional istintaq idarəsinin mətbuat xidməti əlavə edib ki, insanların ölümü faktı ilə bağlı şərti iş başlanıb.
1974-cü il təvəllüdlü qadın və kişi, həmçinin onların 2008-ci il təvəllüdlü qızı dünyasını dəyişib.