Fransalı əsgər Buxarestdə oteldə ölü tapılıb.
Lent.az xəbər verir ki, bu barədə “TF1” kanalı məlumat verib.
O boynundan qayçı ilə qətlə yetirilib.
Bildirilir ki, 41 yaşlı şəxs NATO missiyası çərçivəsində Fransa legionunun tərkibində yanvarın 3-dək Rumıniyaya gəlmişdi.
Polis faktla bağlı araşdırma aparır.
Bundan əvvəl “Le Figaro” qəzeti Rumıniyada yerləşdirilən fransız əsgərlərinin aclıqdan və soyuqdan öldüyünü yazmışdı.