Ermənistanın müdafiə naziri İŞDƏN QOVULDU  - Yeni təyinat
15 noyabr 2021 13:32 (UTC +04:00)

Ermənistanın müdafiə naziri İŞDƏN QOVULDU - Yeni təyinat

0

Ermənistanın müdafiə naziri Arşak Karapetyan vəzifəsindən çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan Prezidenti Armen Sarksiyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında A.Karapetyanın vəzifəsindən uzaqlaşdırılmasını təsdiq edib.

Nazir vəzifəsinə dərhal yeni təyinat da gerçəkləşdirilib. Baş nazirin müavini Suren Papikyan müdafiə naziri təyin edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2018

Oxşar yazılar