Ermənistan prezidenti Armen Sarkisyan
27 fevral 2021 19:11 (UTC +04:00)

Ermənistan prezidenti Armen Sarkisyan

Ermənistan prezidenti Paşinyanın qərarını geri qaytardı

Ermənistan prezidenti Armen Sarkisyan konstitusiya səlahiyyətləri çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə qərarı Baş nazirə qaytarıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Baş nazirin məlum fərmanı hüquqşünaslar və ekspertlər tərəfindən araşdırılıb və bunun Konstitusiyaya zidd olduğu qərara alınıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib. Bununla bağlı qərar verməsi üçün prezidentin 3 gün vaxtı vardı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1452
avatar

Oxşar yazılar