Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti
13 avqust 2021 16:06 (UTC +04:00)

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

Ərdoğan bu vilayətləri fəlakət bölgəsi elan etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sel fəlakətlərinin baş verdiyi bölgələrə səfər edib.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bununla bağlı Prezident bölgədə yaşayan əhaliyə müraciət edib.

“Həyatını itirənlərə rəhmət, yaxınlarına və xalqımıza başsağlığı verirəm. Yaralananlara şəfa diləyirəm. Bartın bölgəsində itkin düşmüş 1 nəfərin axtarışları davam edir. Tezliklə hər şeyin öhdəsindən gələcəyik. Həyatını itirənləri geri qaytara bilmərik, amma çalışmalıyıq ki, bu mübarizəmizi ən az itki ilə başa çatdıraq”- deyə Ərdoğan bildirib.

Həmçinin prezident Kastamonu, Bartın, Sinop vilayətlərini fəlakət bölgəsi elan etdiyini də qeyd edib.

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719
avatar

Oxşar yazılar