BMT-nin Baş katibi Antonio Quterreş
07 may 2021 00:10 (UTC +04:00)

BMT-nin Baş katibi Antonio Quterreş

Dünyanın fəlakətə yaxınlaşması RƏSMƏN ELAN EDİLDİ

“Keçən il Yerin temperaturu üç milyon ildə 3 üç dərəcə yüksələrək rekord həddə çatıb, bu, bəşəriyyəti iqlim fəlakətinə yaxınlaşmasının göstəricisidir”.

APA xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş onlayn keçirilən "Petersberq İqlim Dialoqu" beynəlxalq konfransında çıxışı zamanı deyib.

O bildirib ki, 2020-ci il misilsiz ekstremal hava və iqlim fəlakəti dövrü olub: “Atmosferdəki karbon dioksidin konsentrasiyası ən yüksək səviyyəyə qalxaraq sənaye səviyyəsini 148% üstələyib”.

Planetin uçurumun astanasında olduğunu diqqətə çatdıran Quterreş əlavə edib ki, əsrin sonuna qədər temperaturun 2.4 dərəcə yüksəlməsinə doğru gedirik: “Lakin birlikdə işləsək, iqlim sabitliyinin pozulmasının ən pis təsirlərinin qarşısını ala bilərik. Daha təmiz, daha yaşıl inkişaf yolunu tutmaqla pandemiyadan da qurtula bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5034
avatar

Oxşar yazılar