Dünyanın ən pis turistik yerləri - SİYAHI
30 sentyabr 2023 12:27 (UTC +04:00)

Dünyanın ən pis turistik yerləri - SİYAHI

Mütəxəssislər bir sıra amilləri təhlil edərək ən pis turistik yerlərin reytinqini tərtib ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ən pis reytinqə malik Hollivudda yerləşən Şöhrət Xiyabanıdır. İkinci yerdə İstanbuldakı Qapalı Çarşı ( Türkiyə ) qərarlaşıb. Turistlər Qapalı Çarşı ilə bağlı malların keyfiyyətsizliyini, zəif seçim və satıcıların müdaxiləsini qeyd ediblər.

Üçüncü yeri Hindistanın Aqra şəhərindəki Tac-Mahal məqbərəsi tutub. Turistlər hər addımda onları izləyən tacirlərdən şikayətləniblər.

Səyahətçiləri məyus edən digər yerlər arasında Floridadakı Buş Bağçaları (ABŞ), Lotte World, həmçinin Everland əyləncə parkları ( Cənubi Koreya ), Honq-Konqdakı Viktoriya Limanı eləcə də Okean Parkı, Yaponiyadakı Fuşimi İnari məbədi və Böyük Çin səddi yer alıb.

# 1809
avatar

Arzu Qurbanlı

Oxşar yazılar