Dünyanın  ən məşhur hakeri   öldü
20 iyul 2023 17:18 (UTC +04:00)

Dünyanın ən məşhur hakeri öldü

Dünyanın ən məşhur hakeri Kevin Mitnik ölüb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, onun cəmi 59 yaşı var idi.

Kevin David Mitnik 1963-cü il avqustun 6-da Los-Ancelesdə yəhudi ailəsində anadan olub. Kevin 17 yaşında öz məktəbində kompüter şəbəkəsinin ilk qanunsuz sındırılmasını həyata keçirib. Daha sonra o, “Pacific Bell”, “Bell Laboratories”, “Motorola”, “Nokia”, “Sun Microsystems” kimi iri şirkət və təşkilatların şəbəkələrini sındıraraq qanunsuz əməllərini davam etdirib. O, minlərlə məlumat faylını və kredit kartı nömrələrini sındırmaq və oğurlamaqla tanınıb.

Lakin zaman keçdikcə Kevin Mitnik qanunilik yolunu tutdu və kompüter təhlükəsizliyi üzrə tanınmış mütəxəssis oldu. Onun bilik və təcrübəsi şirkətləri və təşkilatları kiberhücumlardan qorumaq üçün istifadə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1701
avatar

Arzu Qurbanlı

Oxşar yazılar