Dünyanın ən balacaboy qadınlarından biri, türkiyəli Elif Kocaman 33 yaşında dünyasını dəyişib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Elif dekabrın 28-də Kadirli şəhərində reanimasiya şöbəsinə yerləşdirilsə də, vəziyyəti pisləşib. Kocamanın sətəlcəm səbəbiylə çoxsaylı orqan çatışmazlığından öldüyü bildirilir.
Qeyd olunur ki, 2010-cu ildə Kocaman planetin ən balaca qadını kimi Ginnesin Rekordlar Kitabına düşüb - boyu 72,6 santimetr olub.
2011-ci ildə ən balacaboy 3,6 santimetr qısa olduğu üçün titul ABŞ-dan Bricit Jordana verildi. İndi rekordçu hindistanlı Coti Kisanci Amcidir, boyu 62,8 santimetrdir.