Dünyada yoxsulluq səviyyəsi 22 ildə ilk dəfə yüksəlib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bunu BMT-nin baş katibi Antoniu Qutteriş açıqlayıb.
“Qeyri-sabit və münaqişələrdən təsirlənən bölgələrdə azalmış iqtisadi fəaliyyətin əlavə 18-27 milyon insanın yoxsulluğa səbəb olacağı gözlənilir”, - o bildirib.
Quterriş Dünya Bankının 2030-cu ilədək dünyanın yoxsul insanların üçdə ikisinin qeyri-sabit ölkələrdə yaşayacağını təxmin etdiyini də qeyd edib. Qarşıdurmaların yoxsulluq və institutların qeyri-sabitliyini yaratdığını da va aydınlıq gətirdi.urğulayıb.
Quterriş əvvəllər koronavirus pandemiyasının nəticələrinə görə dünyanın son 80 ildə ən pis iqtisadi tənəzzüllə qarşılaşa biləcəyini söyləmişdi. BMT rəhbəri həddindən artıq yoxsulluq səviyyəsinin və aclıq təhlükəsinin artacağını da proqnozlaşdırmışdı.