Çərşənbə axşamı Omikron ştamının yayılması səbəbindən dünyada 2,5 mindən çox təyyarə reysi təxirə salınıb.
Lent.az xəbər verir ki, bu barədə “FlightAware” portalı məlumat yayıb.
Bildirilib ki, dekabrın 28-də 2531 reys ləğv edilib, onlardan 865-i ABŞ daxilində və xaricə planlaşdırılmış uçuşlardır.
Daha çox Çinin “China Eastern” və “Air China” aviaşirkətlərinə məxsus təyyarə reysləri təxirə düşüb. Bu iki şirkətin ləğv edilən reysləri ümumi uçuşların üçdə birindən çoxunu təşkil edir.