ABŞ-da böyüklər üçün onlayn platformada əri ilə seks yayımı edən və tamaşaçılardan pul istəyən Demokratlar Partiyasının namizədi ətrafında qalmaqal yaranıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, prosesin mərkəzində Virciniya ştatının Nümayəndələr Palatasına seçilən və respublikaçı David Ovenin rəqibi 40 yaşlı deputatlığa namizəd Suzanne Gibson dayanır. Respublikaçılar Partiyasının nümayəndələri bir neçə pornosaytda yayılan yayımın lent yazısına diqqət çəkiblər. Videolarda qadın əri ilə cinsi əlaqədə olur və müəyyən hərəkətlərə görə tamaşaçılardan “ianə” istəyir. Bundan əlavə, videoların birində o, “yaxşı bir iş üçün pul yığdığını” bildirir.
Videolar 2022-ci il sentyabrın sonunda lentə alınıb. Üstəlik, modellərdən müəyyən hərəkətləri yerinə yetirmək üçün pul istəmək də yayımın aparıldığı platformanın qaydalarının pozulmasıdır.
Hekayə ictimailəşdikdən sonra Gibson videonu tapan respublikaçıları şəxsi həyatına müdaxilə etməkdə ittiham edib. Onun vəkili videoların yayılmasının qadının siyasi opponentlərinin revanş pornosu olduğunu, hazırda o, və həmkarlarının bu məsələdə hökumət rəsmiləri ilə fəal əməkdaşlıq etdiyini bildirib.
Gibson rəsmi müraciətində rəqiblərinə “onu qorxuda bilməyəcəklərini” deyib.