İordaniya parlamentində deputatlar ölkə konstitusiyasına olunacaq dəyişiklikləri müzakirə edərkən ciddi mübahisə yaranıb.
Lent.az Xarici mediaya istinadən xəbər verir ki, iclas canlı yayımlansa da, deputatlar dava etməkdən çəkinməyiblər.
Müzakirəni izləyən insanlar deputatların əlbəyaxa davasının şahidi olublar.
Yaranmış vəziyyətlə əlaqədar iclasa yarım saat fasilə verilib.