Çində aktivlərin idarə olunması üzrə Huarong Asset Management dövlət şirkətinin keçmiş rəhbəri So Lay Syaomin edam edilib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, o, korrupsiya, israfçılıq və çoxarvadlılıqda günahkar bilinirdi.
Hökm yanvarın 29-da səhər icra olunub. Edamdan əvvəl kişiyə yaxın qohumları ilə görüşmək üçün imkan verilib.
Syaominlə bağlı edam hökmü yanvarın 5-də çıxarılıb.
Məhkəmə 25 milyon yuandan (3,9 milyon dollar) çox pul xərclədiyini və 1,79 milyard yuan (təxminən 280 milyon dollar) rüşvət aldığını təsbit edib.
Bundan əlavə, dövlət şirkətinin keçmiş rəhbərinin evli olmasına baxmayaraq digər qadınlarla birlikdə yaşadığı ortaya çıxıb.
Bundan əvvəl Syaominin mənzilində aparılan axtarış zamanı rüşvətdən əldə olunan pulların yığıldığı metal qutular tapıldığı bildirilmişdi. Ümumilikdə, qutular 200 milyon yuan (29 milyon dollar) ilə doldurulubmuş