Nigeriyadnın Borno ştatında üç avtobusun toqquşması nəticəsində azı 37 nəfər həlak olub.
Lent.az xəbər verir ki, bu barədə “AFP” nəşri hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, qəza Mayduquri şəhəri yaxınlığında baş verib.
Belə ki, iki avtobusun toqquşması nəticəsində yanğın başlayıb.
Daha sonra üçuncü avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini yanan avtobuslara çırpıb.
Qəzaya səbəb kimi avtobuslardan birində təkərin partlaması və sürət həddinin düzgün seçilməməsi göstərilib.