Amerikanın Aydaho ştatının Moskou şəhərində naməlum şəxs evə girərək yatmış dörd tələbəni bıçaqlayıb.
Lent.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Hadisə noyabrın 13-də baş verib.
Evi tələbə qızlar kirayələyib.
Hücumçu evə soxulub, üç yatmış qızı və qurbanlardan birinin sevgilisini bıçaqlayaraq öldürüb.
Qızlar hücum zamanı müqavimət göstəriblər, lakin meyitlərdə cinsi zorakılıq əlamətləri olmayıb.
Polis hadisəni törədən şəxsi axtarır.