COVID-19-a qarşı “Paxlovid”   - İsraildə istifadəsinə icazə verildi
26 dekabr 2021 21:04 (UTC +04:00)

COVID-19-a qarşı “Paxlovid” - İsraildə istifadəsinə icazə verildi

İsrail Səhiyyə Nazirliyi ABŞ-ın Pfizer şirkəti tərəfindən COVID-19-a qarşı hazırlanan  “Paxlovid” dərmanından ölkədə istifadəsinə icazə verib. 

APA xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, artıq Səhiyyə Nazirliyi ilə Pfizer şirkəti arasında “Paxlovid”in alınması ilə bağlı müqavilə imzalanıb və yaxın günlərdə preparatın İsrailə göndərilməsi gözlənilir. 

Qeyd edək ki, “Paxlovid” yüngül və orta dərəcəli koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1689
avatar

Oxşar yazılar