Çin adalarından birində insanlar üçün potensial təhlükəli viruslar aşkar edilib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər Çinin Haynan adasında araşdırma aparıblar və orada əvvəllər elmə məlum olmayan 8 virus aşkar ediblər. Bu virusların daşıyıcıları bu bölgədə yaşayan gəmiricilərdir.
Mütəxəssislərin fikrincə, heyvanlarda müəyyən edilmiş patogenlər növ baryerini keçərsə, insanlar üçün yüksək yoluxma ehtimalı daşıyır. Adada 300-dən çox müxtəlif növ gəmiricilərə baxış keçirilib. Onlardan 700-ə yaxın bioloji material nümunəsi götürülüb və analiz zamanı alimlər 22 müxtəlif gəmiricidən virusların izlərini aşkar ediblər. Bunlara arenaviruslar, astroviruslar, pestiviruslar, parvoviruslar, papillomaviruslar və koronaviruslar daxildir. Həmçinin uzunquyruqlu nəhəng siçovullarda patogenlər müəyyən edilib.