Çexiya parlamenti Ukrayna SQ hərbçilərinin ölkəyə təlim üçün gəlməsinə icazə verib.
Lent.az xəbər verir ki, bu barədə Çexiya Xəbər Agentliyi məlumat yayıb.
Deputatlar səs çoxluğu ilə ukraynalı hərbçilərin Libava poliqonuna gəlməsinə razılıq veriblər. 2023-cü ilədək burada 5 hazırlıq kursu təşkil ediləcək. Kurslarda 800 hərbçi təlim görəcək.