Dünyanın səkkiz ölkəsində göbələk istehlak edilmir.
Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Genotek Tibbi Genetika Mərkəzinin alimləri müəyyən ediblər ki, trehaloza (göbələk şəkəri) dözümsüzlüyü ən çox koreyalılarda (58%), monqollarda (50%), qazaxlarda (36%) və yakutlarda (28%) müşahidə olunur. Məhz bu səbəbdən həmin ölkələrdə göbələk daha az istehlak edilir.
Tərkibində trehaloza olan göbələk və digər qidalar yeyərkən həzm sisteminin pozulmasına (ağrı, şişkinlik, ishal) gətirib çıxarır.