İtaliyanın 10 min sakini olan Preziççe şəhərinin bələdiyyəsi əhali artımnı üçün maraqlı üsula əl atıb.
Lent.az-ın CNN-ə istinadla xəbərinə görə, şəhərdə tərk edilmiş evlərdən hansısa birinə yerləşən şəxsə 30 000 avro (55 000 AZN) veriləcək.
Bələdiyyənin məqsədi şəhərdən əhali axınının qarşısını almaqdır. Burada evin 1 kvadrat metrinin qiyməti 500 avrodan başlayır. 1991-ci ilədək tikilmiş evlərin əksəriyyəti boşdur.