Bu ölkədə milli valyuta dəyərdən düşdü: etirazçılar deputatların evini...
28 iyun 2021 09:25 (UTC +04:00)

Bu ölkədə milli valyuta dəyərdən düşdü: etirazçılar deputatların evini...

Livanda milli valyutanın məzənnəsinin ABŞ dollarına nisbətdə növbəti dəfə enməsindən sonra ölkədə narazılıqlar yenidən alovlanıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, artıq ardıcıl ikinci gündür paytaxt Beyrut, Tripoli və Sayda şəhərəri də daxil olmaqla, ölkənin bütün bölgələrində nümayişçilər yolları bağlayırlar.

Qeyd edək ki, cümə günündən bəri Livan funtu 15000-dən 18100 dollaradək düşüb, mərkəzi bank isə məzənnəsini böhran öncəsi 1.515 lirə səviyyəsində saxlamağa davam edir.

Yerli mediasının verdiyi məlumata görə, şənbə günü Tripolidə nümayişçilər şəhərin mərkəzində və millət vəkillərinin evlərinin yaxınlığında toplaşıblar.

Parlament üzvlərindən birinin mühafizəçiləri etirazçılara atəş açıb, nəticədə üç vətəndaş yaralanıb. Vəziyyət yalnız əlavə ordu hissələri gəldikdən sonra sabitləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1674
avatar

Oxşar yazılar