Bu ölkədə  isti havaya görə   xəbərdarlıq edildi
13 iyul 2023 15:34 (UTC +04:00)

Bu ölkədə isti havaya görə xəbərdarlıq edildi

0

İtaliyanın 10 şəhərində güclü istilər səbəbindən ən yüksək qırmızı hava təhlükəsi səviyyəsi elan edilib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyindən verilən məlumta görə, iyulun 10-dan Bolonya, Kampobasso, Viterbo, Latina, Perugia, Peskara, Florensiya, Frozinone, Roma və Rietidə hava təhlükəsi elan edilib.

Meteoroloqlar xəbərdarlıq edir ki, bu və digər şəhərlərdə iyulun 16-da hava 39-40 dərəcə isti olacaq. Mütəxəssislər uşaqların və yaşlıların mümkün qədər evdə qalmalarını, daha çox su içmələrini tövsiyə edirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1691

Oxşar yazılar