Avrozonanın ən güclü iqtisadiyyatına malik Almaniyada inflyasiya tempi yüksəlir.
Lent.az-ın Almaniya Statistika Xidməti “Destatis”ə istinadla xəbərinə görə, oktyabrda inflyasiya 10,4% olub. Bu, son 70 ildə ən yüksək göstəricidir.
İnflyasiya artımını şərtləndirən əsas amil ərzaq və enerji qiymətlərinin kəskin artmasıdır. Ay ərzində enerji qiymərləri 43, qida məhsulları 20% bahalaşıb.