Bu dəfə ev belə qarət olundu – Oğrudan YENİ ÜSUL
14 aprel 2022 19:43 (UTC +04:00)

Bu dəfə ev belə qarət olundu – Oğrudan YENİ ÜSUL

Rusiyada qəribə qarət hadisəsi baş verib.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Moskvada baş verib.

Məzilin zəngi çalınır, 18 yaşlı ev sahibəsi qapının gözlüyündən baxarkən gül buketini görür. Qapı arxasından “gül buketi sizə çatacaq” sözlərini eşidir. Sevincək qapını açarkən çağırılmamış qonaq onu itələyərək özünü içəri atır. 

Evi qarət etmək məqsədilə bu üsula əl atan oğru qadından pul və zinət əşyalarının yerini soruşur. Qadın qorxusundan oğruya “lazım olanları” verir. 

Oğru qadının əl-qolunu bağlayandan sonra 110 min rubl və mobil telefonu götürüb qaçır. 

Gənc paytaxt sakini polisə müraciət edir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində məlum olub ki, oğrunun 27 yaş var və o, şəhərə gəlmədir.  

Polis əməkdaşları şübhəlinin şəxsiyyətini müəyyən edərək onu saxlamağa müvəffəq olublar. Şübhəlinin üzərindən bıçaq aşkarlanıb. 

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 3-cü hissəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2538
avatar

Rəsul SARI

Oxşar yazılar