Braziliyanın Rio de Janeyro şəhərində narkotik qaçaqmalçıları ilə polis əməkdaşları arasında silahlı insident baş berib.
APA yerli “G1” portalna istinadən xəbər verir ki, hadisə şəhər metrosunda olub.
Xüsusi əməliyyat zamanı biri polis zabiti olmaqla, 25 nəfərin öldüyü bildirilir.
Polis zabiti Andre Frias başından aldığı güllə yarasından dünyasını dəyişib.
Bundan başqa, iki sərnişini və iki polis əməkdaşı yaralanıb.
Qeyd edək ki, bu, 2016-cı ildən bəri Braziliyada keçirilən xüsusi əməliyyatda rekord sayda qeydə alınan ölüm sayıdır.