İspaniyada bütöv kənd bir evin qiymətinə satışa çıxarılıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şimal-qərbində, Portuqaliya sərhədinə yaxın biosfer qoruğunun mərkəzində yerləşən Salto de Kastro kəndi 580 min avroya satılır. Qəsəbədə 44 ev, bar, kilsə, aptek, idman meydançası, keçmiş kazarma və polis idarəsi var.
Qeyd edək ki, bir neçə nəfər Salto de Kastronu almaqda maraqlı olduğunu bildirib. Kəndin son dəyəri 600 min avrodan çox ola bilər.