Binaya basqın:   Mer daxil olmaqla  18 nəfər   öldürüldü - YENİLƏNİB
06 oktyabr 2022 07:11 (UTC +04:00)

Binaya basqın: Mer daxil olmaqla 18 nəfər öldürüldü - YENİLƏNİB

Meksikanın cənub-qərbində Gerrero ştatının San Migel Totolapan kəndində ölənlərin sayı 18-ə çatıb.

Lent.az xəbər verir ki, bu barədə "La Jornada” qəzeti məlumat yayıb.

Silahlı mülki şəxslər administrasiya binasına hücum etməzdən əvvəl mer Konrado Mendoza və onun atası Xuan Mendozanı güllələyiblər. 

Bu hücum zamanı 16 nəfər həlak olub, daha iki nəfər isə ağır yaralanıb.
 

***

Saat 03:57

Meksikanın cənub-qərbindəki Gerrero ştatında kiçik San Migel Totolapan şəhərinin inzibati binasına hücum olub.

Lent.az “El-Universal” qəzetinəistinadən xəbər verir ki, mer Konrado Mendoza Almeda, atası və bir neçə polis də daxil olmaqla azı 7 nəfər həlak olub.

Bölgə rəsmiləri hələlik ölənlərin sayı barədə dəqiq məlumat verməyib.

İlkin məlumatlara görə, hücumu “Tequileros” mütəşəkkil cinayətkar qruplaşmasının üzvləri təşkil edib.

“Causa en Comun” qeyri-hökumət təşkilatının məlumatına görə, 2018-ci ilin dekabrından 2022-ci ilin aprelinə qədər Gerreroda 100-dən çox polis öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3873
avatar

Oxşar yazılar