İtaliyanın Milan şəhərində ticarət mərkəzində bıçaqlı hücum olub.
Lent.az ANSA agentliyinə istinadən xəbər verir ki, hücumu törədən şəxs 5 nəfəri bıçaqlayıb.
Yaralı şəxslərdən biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Həmin şəxsin supermarketin işçisi olduğu bildirilir.
“LaPresse” qəzetinin məlumatına görə, yaralılardan biri də İngiltərənin “Arsenal” klubunun İtaliyanın “Monza” komandasına icarəyə verdiyi ispaniyalı futbolçu Pablo Maridir.
P.Mari və digər iki yaralının vəziyyətinin ağır olduğu açıqlanıb.
***
Saat 03:58
İtaliyanın Milan şəhərində yerləşən ticarət mərkəzlərindən birində naməlum şəxs beş nəfəri bıçaqlayıb.
Lent.az xəbər verir ki, bu barədə “Repubblica” qəzeti məlumat yayıb.
Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Qəzetin məlumatına görə, hücum edən şəxs saxlanılıb.
Hadisənin səbəbləri araşdırılır.