“Belçika polisi narkotik mafiyasına qarşı krallıq tarixində ən böyük əməliyyatlardan birini keçirib”
APA xəbər verir ki, bunu Federal Vəkili Fredrik Van Lyov Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
1500 polis əməkdaşının cəlb edildiyi əməliyyat zamanı 17 tondan çox kokain ələ keçirilib, 48 nəfər saxlanılıb.
Vəkilin sözlərinə görə, iki il davam edən prosesdə 200-dən çox axtarış aparılıb: “Xüsusi əməliyyat zamanı, həmçinin, 12 odlu silah, 1,2 milyon avro, polis forması və s. müsadirə edilib. Narkotik qaçaqmalçılığında ixtisaslaşmış “Sky ECC” adlı beynəlxalq cinayətkar şəbəkənin fəaliyyətinə son qoyulub”.