Belarus yollardakı təhlükəsizlik kameralarına girişi bağlayıb.
Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu kameralar hər gün yenilənir və ölkə yollarındakı vəziyyəti əks etdirirdi.
Əvvəllər saytlardan bura giriş mümkün idisə, Ukrayna münaqişəsi başlayandan bunu dayandırdılar. Bu gecədən isə Belarus meteorologiya xidmətinin kameralarına da giriş qadağan edilib.