ABŞ prezidenti Co Bayden
04 noyabr 2022 11:44 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden

Baydendən CİDDİ BƏYANAT: “ABŞ tezliklə İranı azad edəcək”

Biz İranı tezliklə azad edəcəyik.

ABŞ prezidenti Co Bayden ABŞ-ın tezliklə “İranı azad edəcəyini” deyib və əlavə edib ki, bu ölkənin xalqı “özlərini azad edəcək”.

Lent.az TASS-a istinadən xəbər verir ki, İranda hökumət əleyhinə olan nümayişçilər tezliklə azadlıq əldə edəcəklər.

“Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özlərini azad edəcəklər”, - Bayden vurğulayıb.

Bayden “İranın azad edilməsi” üçün ABŞ hökumətinin konkret olaraq hansı addımlar atacağını açıqlamayıb. Ağ Ev Prezidentin bəyanatına hələ ki münasibət bildirməyib.

Qeyd edək ki, İranda 22 yaşlı Məhsə Əmininin Əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölməsi səbəbi ilə hökumət əleyhinə başlayan etirazlar artıq 7 həftədir davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2229
avatar

Oxşar yazılar