Meksikanın mərkəzində yerləşən Quanaxuato ştatında naməlum silahlı şəxslər bardakı insanlara atəş açıb.
Lent.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Hücum nəticəsində 9 nəfər həlak olub.
“Sialhlı şəxslər içəriyə daxil olaraq müştərilərə atəş açmağa başlayıblar. Nəticədə beş kişi və dörd qadın həlak olub, daha iki qadın isə yaralanıb”, - deyə açıqlamada qeyd olunub.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
Avqustun əvvəlində naməlum şəxslər eyni ştatın Celaya bələdiyyəsindəki bara hücum ediblər.
Cinayətkarların əli ilə 8 nəfər ölüb, daha 5 nəfər yaralanmışdı.