Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyulması səbəbindən "Buta Airways" aviaşirkəti cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.
AZAL-dan Lent.az-a verilən məlumata əsasən, cənub hava məkanından istifadəyə qadağa qoyulduğu üçün bu gün Həştərxan hava limanından bütün reyslər ləğv olunub.
Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, martın 2-ə qədər Rostov, Krasnodar, Voronej, Simferopola da reyslər dayandırılıb.