“Azadlıq” radiosunun jurnalisti Vera Qıriç Rusiya ordusunun Kiyevə etdiyi raket hücumu nəticəsində həlak olub.
Lent.az xəbər verir ki, bu barədə Veranın həmkarı Aleksandr Demçenko “facebook” səhifəsində yazıb.
Jurnalistin meyiti aprelin 29-da səhər saatlarında yaşadığı evin dağıntıları altından tapılıb.
Demçenko “facebook” hesabında həmin raket zərbələrindən yararsız hala düşən maşının fotosunu da paylaşıb.