Avropanın ən yaşlı sakini fransız rahibə Lusile Randon (Andre bacı) yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalıb.
APA-nın xəbərinə görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilib ki, təqaüddə olan rahibənin yanvarın 16-da Tulonda yaşadığı qocalar evində koronavirusa yoluxması təsdiqlənib. Məlumata görə, qadının qaldığı qocalar evinin 88 sakininin 81-də virus aşkarlanıb, onlardan 10-u xəstəlikdən vəfat edib.
Xəstəliyi simptomsuz keçirən Lusile Randon isə koronavirusdan tam sağalıb.
Lusile Randon fevralın 11-də 117 yaşını qeyd edəcək.