Avropada koronavirus yenidən baş qaldıra bilər
31 oktyabr 2022 04:44 (UTC +04:00)

Avropada koronavirus yenidən baş qaldıra bilər

Yaxın həftələrdə Avropada COVİD-19-a yoluxmaların yeni dalğası ilə üzləşəcək. 

Lent.az xəbər verir ki, bu barədə Avropa Dərman Vasitələri Agentliyi xəbərdarlıq edib. 

Qurumun nümayəndələri pandemiyanın hələ bitmədiyini, virusun “omikron” variantının mutasiyasının davam etdiyini bildiriblər. Mütəxəssislər bəzi mutasiyaların digərlərindən daha çox narahatlıq doğurduğunu qeyd edirlər. Onların sözlərinə görə, payız və qışda qrip və COVİD virusları eyni vaxtda yayılacaq. Bununla əlaqədar, avropalılara, xüsusilə risk qrupunda olanlara peyvənd olunmaq, profilaktik tədbirlər görmək tövsiyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512
avatar

Oxşar yazılar